She-Hulk: Attorney at Law

She-Hulk: Attorney at Law

دانلود زیرنویس Azerbaijani

فصل 1

هماهنگ با نسخه‌های زیر

She-Hulk Attorney at Law S01E03 WEB
ناشر themuratyusif
Xoş izləmələr!

برچسب‌ها

web
تاریخ انتشار: 2022-09-01
تعداد دانلود: 49
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Azerbaijani

نخستین 200 خط.

Mənə nə olub?

Üzr istəyirəm. Səni xəbərdar etməyə çalışdım.

Mənim qanım sənin qan-damar sisteminə girib.

Yəni indi mən də Halka çevirilirəm.

Sən kimsən belə?

- Şi-Halk! Şi-Halk! Şi-Halk! - Xanım Uolters?

Biz yeni super-insan hüquq şöbəsi açmışıq

və Şi-Halkın şöbənin üzü olmasını istəyirik.

Mənə verəcəyiniz iş üçün səbrsizlənirəm.

İlk işiniz Emil Blonskinin təxliyyəsi olacaq. Abomineyşın olaraq da tanınır.

Cennifer Uolters.

Artıq qalib gələcəyinə əmin olduğum bir strategiyam var.

İndi xəbərlərə baxmaq istəyə bilərsiniz.

Abomineyşının necəsə həbsdən qaçıb yeraltı döyüş klubu olduğu güman edilən yerdə

döyüşdüyü şokedici görüntülər sızdırılandan bəri, hələ ki, Emil Blonskinin vəkili

heç bir açıqlama verməyib.

Tərcümə: themuratyusif Xoş izləmələr!

Açıqlamaq fikriniz var ki, niyə

həbsdən qaçmağınız bir qırağa, bu zaman qeydə alındığınızı mənə deməmisiniz?

Mənə demişdiniz ki, artıq Abomineyşına çevrilmirsiniz.

Yox. Demişdim ki, çevrilməyi seçmirəm.

Bunlar ciddi səbəblər deyildi.

Başa düşürsünüz ki, bu, başqa bir cinayət təşkil

edir və təxliyyə olunma ehtimalınızı məhv edir?

Nə?

Yox, çünki hücrəmi tərk etməyə məcbur edilmişdim.

Amma qayıtdım, həm də öz şəxsi iradəmlə.

Kim sizi inanılmaz dərəcədə mühafizə olunan bu

həbsxanadan nəzərə çarpmadan qaçmağa məcbur edib?

Mistik sənətlərin Ulu Sehrbazı. Adı da şeydir...

Vonq. Sadəcə Vonq.

İnternetdəki varlığı da bir az qarışıqdır.

O ya Nyu-Yorkda yaşayan sehrbazdır,

ya da Nepalda yaşayan bir kitabxanaçıdır.

Onunla əlaqə qura bilərsən?

Hə, Cen. Söhbət məndən gedir. Əlbəttə, əlaqə qura bilərəm.

Ona artıq diqqət çəkən bir şəkil göndərmişəm. Özümün çoxlu kitablarla bir yerdə şəkli idi.

Ümid edirəm, zəng vurar.

Bilirsən, əgər Blonski düz deyirsə,

bu adam onu həbsdən qaçıraraq böyük ehtimalla bütün işimi məhv edib.

Başa düşürəm, Vonqu görmək üçün səbrsizlənirsiniz. Bunu anlayıram.

Əmin olmaq istəyirəm ki, siz düşünmürsünüz ki, bu hər

həftə bir kameo görünən tip serialdır. Çünki elə deyil.

Brus istisna olmaqla.

Və Blonski. Və Vonq.

Sadəcə bunun kimin serialı olduğunu unutmayın.

"GLK və H" hüquq bürosundan vəkil Cennifer Uolters

Abomineyşın olaraq tanınan Emil Blonskini yaxınlaşan təxliyyə məhkəməsində

təmsil edəcək.

Bu xəbər çoxlu mübahisələrə səbəb olub.

Cennifer Uoltersin Şi-Halk adlı super-qəhrəman

olduğu ortaya çıxandan bəri heyrətamiz

yaşıl vəkil ictimaiyyətin onun bacarıqlarını

sorğulamağa başladığı üçün narahat olub.

İnternet Şi-Halkdan danışır!

Son saatda "Böyük Yaşıl Qadın" etiketi

bütün dünyada trendə çevrilib.

Əvvəlcə Halkın kişiliyini əlindən aldılar, indi də onu bir qadına veriblər?

Başa düşə bilmirəm. Niyə bütün super-qəhrəmanları qadına çevirirsiniz?

"MeeToo" hərəkatı oldu deyə kişi super-qəhrəmanlar yoxa çıxıb?

Qadın super-qəhrəmanlarla problemim yoxdur. Sadəcə deyirəm ki, özünüz olun.

Sizi bilmirəm, amma mən əzərdim.

Qonağımız Gideon Vilsondur, o, illər əvvəl Abomineyşının

həbs edilməsinə səbəb olan prokurordur. Gideon.

Birincisi demək istərdim ki, kiminsə

belə bir bədheybəti sərbəst buraxmağa çalışması dəhşətdir...

- Bu dəliliyi görmüsən? - Başqalarının haqqımda dedikləri vecimə deyil.

Bu ölkədə qanuni proses deyilən bir şey var.

- Düzgün eşidilmək Emilin haqqıdır. - Cavab verməlisən.

Öz hekayənin idarəsi səndə olmalıdır.

Danışan Cennifer Uoltersdir.

Bəli, orada olacağam.

Hollivey çağırır.

Qulaq as, bu iş nəhəngdir.

İnsanlar həyatın barədə bütün detalları bilmək istəyəcəklər.

Artıq ictimai fiqursan.

Ofisə də müsahibə təklifləri barədə zənglər və tələblər axır,

yəni birini etməlisən.

İnsanların vecinədir, çünki Emil Blonskini təmsil edirəm.

O bitəndə bu media sirki də yoxa çıxacaq.

Yox, Cen, sən görməzdən gəlirsən deyə bu çıxıb getməyəcək.

Bu axmaqlıq üçün keçirdiyim hər dəqiqə

işimə firkimi cəmləməkdən yayındığım bir dəqiqə deməkdir.

Bu çox axmaqcadır. Məni lap əsəbiləşdirdi.

Necə bir ofisdə Redbull olmaz?

- Dennis. - Ola bilməz... Cen Uolters yox.

Xanım Uolters super-insan hüquqları şöbəsinin müdiridir.

Onunla bu işdə rahat ola bilməyəcəyim qədər tariximiz var.

Bunun nə barədə olduğunu öyrənmək və üzərində işləməmək istəyərdim.

- Məni görmək istəmisiniz? - Hə.

Mellori Buk da super-insan hüquqları şöbəsindəndir.

Hə. Yox, bir 10-a utanc verici kişi məsələlərindən danışa bilmərəm.

O, növbəti nişanlım ola bilər.

Daxil olmadığım üçün xoşbəxt oldum.

O da vəkildir? Yaxşı görünür. Onu seçirəm.

Deməli, bürodan dostumuz Cənab Bukovskinin

həssas bir məsələdə köməyə ehtiyacı var.

Keçmiş sevgilisi tərəfindən dolandırılıb

və pulunu geri almaq üçün onu məhkəməyə vermək istəyir.

Hə. Ona daş-qaş almışdım, fotosessiya üçün Baliyə uçmuşduq,

Volksvagen Passatının pulunu ödəmişəm. Abunə olmuşam...

Bəs niyə super-insan hüquqları şöbəsi?

Onun sevgilisi Yeni-Asqarddan şəkil dəyişdirə bilən Layt Elfdir.

Vau, Dennis.

Yaxşı. Düzünü desəm, mən elə bilirdim Meqan Di Stallion ilə sevgiliyəm.

Üzr istəyirəm. Nə?

Bağışla. Sən elə bilirdin Meqan Di Stallion ilə sevgilisən?

Bir neçə Qrammi mükafatı qalibi meqastar Meqan Di Stallion?

"Şəkil dəyişdirə biləndən" nəyi başa düşmədin?

- Onun Passat sürəcəyini düşündün? - Buna görə Uoltersi istəmirəm.

Üzr istəyirəm.

Xanım Uolters, mesajınızı aldım.

Cənab Vonq. Əla giriş idi. Qüsursuz zamanlama.

- Buna, mütləq, baxmalıyam. - Gedə bilərsiniz.

Təşəkkürlər. Şey, Paq, uğurlar.

Dennis...

Üzr istəyirəm.

Cənab Blonskinin sizə dediyi hər şey düzdür.

İstəklərinin əksinə mən onu həbsdən çıxarmışam,

çünki Ulu Sehrbaz olaraq məşqlərimin

bir qismində layiqli bir rəqibə ehtiyacım var idi.

Və Ulu Sehrbaz olaraq mənim əməllərimə görə onun cəzalandırılmamasını təkid edirəm.

Bir daha deyirəm, onu cəzalandıran mən deyiləm.

Təxliyyə Komitəsi bu videonu görəndən sonra onu buraxmayacaq.

Nə düşündüyünüzü bilirəm, Xanım Uolters, amma hamının yaddaşını silməyəcəyəm.

Yenə olmaz.

Düşündüyüm bu deyildi. Bu heç etik deyil.

Hə, həm də çox problemlidir, inanın mənə.

- Yaxşı. - Onu Güzgü Aləminə göndərərik.

- Onun nə olduğunu bilmirəm, amma yox. - Kölgə Aləmi?

Kömək etmək üçün edə biləcəyiniz şey məhkəməyə gəlib hər şeyi açıqlamağınızdır.

Yaxşı. Sehrbazlığı B planı üçün saxlayacağıq.

Burnunuza toxunmayın.

Cənab Bukovski saxta Meqan Di Stalliona

nə qədər nağd pul və hədiyyə xərcləmisiniz?

Dostum.

Belə edək, mən sizə rəqəm deyim, siz də aşağı-yuxarı deyin, oldu?

Sizin ona orta ölçülü sedan aldığınızı düşünsək, 50 min?

100?

- 200? - $200,000? Mən axmaq deyiləm.

- Yox, 175 min idi. -100... $175,000?

Cənab Bukovski bu pulla ölkənin bəzi yerlərində ev almaq olar.

Hə, düzdür.

Mənə kömək edəcəksən, ya yox?

İşiniz üzərində işləməyə başlayıb sizinlə əlaqə saxlayacağam, cənab Bukovski.

Oldu.

Yaxşı.

Mən, əslində, Meqan Di Stallion deyiləm.

Nə var, nə yox? İşlər necə gedir, dostum?

Fikrimi dəyişdim. Məhkəmədən vaz keçirəm.

Gözləyin. Nə? Elə indi? Siz indicə...

Həqiqət budur ki, dərinlərdə bir yerdə bunu bilirdim. Başa düşürsən?

O şeyləri vermişəm, çünki bunu istəmişəm.

Sadəcə ictimaiyyətin bu şəkildə öyrənməyindən utanmışdım.

Amma bir zamandan sonra şəxsi öhdəliklərini götürməlisən.

- Deməliyəm ki, bu gözlənilməzdir. - Yəni itirdiyim sadəcə puldur.

Və indi, mən... Danışacaq bir hekayəm var.

Bağışlayın, cənab... Danışan Paqdır.

Salam dostum. Deyəsən Kibertrakımı çəkiblər.

Deyirlər ki, o yer əlillər üçün imiş. And içirəm ki, kibertrak yeri idi.

Salam? Oradasan?

Kibertrak sürürəm deyə məəttəl qalmısan?

Mühafizə!

İş yerində qadınlara sataşmağı sevirəm. Xasiyyətim budur, əzizim.

- Gülməli deyil. - Qoy bu xəbərdarlıq olsun.

Mən elə biri deyiləm.

Məni tanıyırsınız.

Birazdan Abomineyşın olaraq bilinən şəxsin Təxliyyə Komitəsinin qarşısına

çıxmamış inanılmaz dərəcədə mühafizə olunan həbsxanadan canlı yayıma başlayacağıq.

Onun sərbəst buraxılması ehtimalına qarşı böyük ictimai qəzəb var...

Gözlə. Bu odur? Şi-Halk, danışa bilərik?

Qisasçılardan rədd edildiyiniz doğrudur?

Bu Şi-Halk olaraq da bilinən Cennifer Uolters idi,

onun Qisasçılardan rədd edildiyi barədə şayiələr var.

- Salam. Buna hazırsan? - Hə.

Bunlar ruh əkizlərindir?

- Ah, hə. - Yaxşı.

Vonq da buralardadır?

Yox. Başa düşə bilmirəm ki, nəqliyyata vaxt sərf etməyən biri necə gecikə bilər.

Buraya Emil Blonskinin minimum cəzasını çəkdikdən sonra

cəmiyyətə qayıtmağa uyğun olub-olmadığına qərar vermək üçün toplanmışıq.

Son zamanlarda çıxan həbsdən qaçmaq barədə dəlillərdən sonra

məncə, hamımız bunun necə nəticələnəcəyini bilirik. Ona görə də işi tez başa vuraq.

Cənab Blonskinin vəkili olaraq həbsdən qaçmaq iddiasına toxunmaq istəyirəm.

Cənab Blonskinin səhv bir şey

etmədiyini təsdiqləyə biləcək bir şahidimiz var.

Onda onunla başlayaq.

Şey, hə, şahid öz ifadəsini Cənab Blonskinin

ifadəsindən sonra verməyə hazır olacaq.

Həqiqətən də həbsdən qaçmağı sübut edilən

birini sərbəst buraxmaqda əminik?

Bir gözləyin. Cənab Blonski rehabiltə olunmuş hiss edirsiniz?

Çox peşman olduğumu deməklə başlamaq istəyirəm.

Zərər verdiklərimdən utanıram.

Yəni sizin sualınıza cavab olaraq deyə bilərəm ki, bəli, rehabilitə olunmuş hiss edirəm.

Həbsdə olan hər günümü kəfarət barədə düşünərək keçirmişəm.

Mən dəyişmişəm.

Emosional olaraq, fiziki olaraq, metafiziki olaraq, ruhani olaraq,

karmik olaraq, kosmik olaraq, aləmlərarası olaraq...

Və sairə.

More Azerbaijani subtitles for She-Hulk: Attorney at Law

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left