نخستین 200 خط.
Yeni evli cütlük gəldi şəhərə
Adi bir ər-arvad
Böyük şəhərdən gəlib sakit bir həyat yaşayacaqlar
VandaVijn!
Kiçik bir kənddən gələn sehrli bir qız
Digəri də yarı-maşın ər
Bu ikili necə uyğunlaşacaq?
Daha əvvəl görülməmiş bir məhəbbəti paylaşaraq
VandaVijn!
Tərcümə: themuratyusif Xoş izləmələr!
Arvadım və uçan boşqabları.
Ərim və məhvedilməz başı.
Mükəmməl cütlük deyilik?
Pankek, xaş, donuz əti, yumurta...
təzə portağal suyu və qəhvəyə nə deyirsən?
"Mən yemək yemirəm" deyirəm.
Boş soyuducunun səbəbi bəlli oldu.
- Vanda? - Hmm?
Bugün önəmli nəsə var?
Önlük bir az artıq olmuş ola bilər...
amma uyğunlaşmaq üçün əlimdən gələni edirəm.
Yox, yox, təqvimə bax.
Kimsə bugünkü tarixə kiçik ürək çəkib.
- Hə, ürək. - Hmm...
Unutmuşam demə, Vis.
Unutmaq?
Vanda, mənim unutmaq qabiliyyətim yoxdur. Mən hər şeyi xatırlayıram.
Mübaliğə eləmirəm. Mübaliğə qabiliyyətim də yoxdur.
Onda de görək bugün niyə bu qədər önəmlidir?
Sual nə idi?
Bəlkə də özün unutmusan.
Mən? Qətiyyən, yox. Bunu səbrsizliklə gözləyirdim.
Elə mən də.
Bugün biz şeyi qeyd edirik...
Mütləq, hə.
Bigün biz bu vəziyyəti...
...ilk dəfədir ki, qeyd edirik.
Xüsusi bir gündür!
- İkimiz üçün də... - Çox böyük önəmi olan...
- bir axşamdır! - Təbii ki.
- Aydındır. - Tamamilə.
Afərin bizə.
Oldu onda.
Mən işə gedirəm.
Unutma!
Unutmadım.
Günün xoş keçsin, həyatım.
Salam, əzizim. Mən sənin sağ evdəki qonşun, Aqnesəm.
Mənim sağım, sənin yox.
"Xoş gəlmisiniz" demək üçün daha ez gəlmədiyim üçün məni bağışla.
Qayınanam buralarda olduğu üçün mən yox idim.
Adın nədir? Haralısan?
Ən əsası da, briç oynamaqla aran necədir?
Adım Vandadır.
Vanda. Sehrli bir addır.
Nə tez hər şeyi yerbəyer eləmisiniz!
Daşınma şirkəti tutmuşdunuz?
Əlbəttə, tutmuşduq. Bu qutular öz-özünə hərəkət etmirlər.
Sənin kimi gözəl, subay qızın belə böyük evdə nə işi var?
Yox, mən subay deyiləm.
Üzük görmədim ona görə dedim.
Əmin ola bilərsən ki, evliyəm.
Bir kişi ilə. O, insandır və uzundur.
Əslində, bu axşam özəl bir gecə keçirəcəyik.
Sadəcə ikimiz.
Kiminsə ad günüdür?
Ad günü deyil.
Bugün bayram deyil, hə?
Yox, bayram deyil.
Onda ildönümüdür?
Hə... Hə!
Hə! İldönümümüzdür!
Nə gözəl!
Neçə il olur?
Heç vaxt ayrı olmamışıq kimi hiss edirəm.
Bəxtin gətirib.
Ralfın bizim ildönümümüzü xatırlamasının tək yolu
stolda "2 iyun" adlı pivə olmasıdır.
- Nə planlamısan? - Necə yəni?
Xüsusi gecəniz üçün?
Düzü sənin kimi cavan qızın çox şey etməsinə ehtiyac yoxdur,
amma yenə də hazırlaşmaq özü əyləncəlidir.
Yenicə "ərinizi qaçırmamaq üçün ona necə davranmalısınız?" adlı bir jurnal məqaləsi oxumuşam.
Ralf da "arvadını itirməmək üçün ona necə toxumalısınız?" adlı məqalə varsa, mütləq onu oxumalıdır.
Qoy, gedim bəzi şeylər gətirim, plan hazırlayaq.
Əla olacaq!
Bunlar istədiyin hesabatlardır, Norm.
Buyur.
Bu çox sürətli oldu!
Mahnı səni narahat etmir, dostum?
İşə mane olmağını nəzərdə tutursan...
...yoxsa ümumiyyətlə, mənasız sözlərinin olmağını?
- Birincisi. - Yox, çox sağol.
Sənə kömək edə bir şey var?
Əslində, hə, var.
Burada tam olaraq nə iş gördüyümüzü deyə bilərsən?
Nəsə hazırlayırıq?
- Yox. - Yaxşı.
Nəsə alıb-satırıq?
Yox və yox.
Bəs bu şirkətin məqsədi nədir?
Sadəcə onu bilirəm ki, sən gələndən bəri məhsuldarlıq 300% artıb.
Yaxşı, bəs biz nə istehsal edirik?
Hesabat kağızları.
Və heç kim məlumatları sənin kimi işləyə bilmir, dostum.
Sanki yeriyən kompütersən.
Nə? Əlbəttə, deyiləm.
Mən tamamilə karbon əsaslı üzvi maddələrdən ibarət adi bir işçiyəm,
eynən sənin kimi, Norm.
Ey! İndi niyə əsəbiləşdin ki?
Fikir vermə, bugün sol tərəfimdən durmuşam. Bugün
Vanda, yəni həyat yoldaşım üçün özəl bir gün imiş,
amma mən nə olduğunu heç cür yadıma sala bilmirəm.
Sizi görmək xoş idi.
- Vijn. - Bəli?
Həyat yoldaşımla bu axşam üçün səbrsizlənirik.
Cənab Hart! Əlbəttə!
Cənab Hart və sevimli yoldaşı Xanım Hart ilə şam!
Mən də elə dedim, nə olub sənə?
- Şurupların boşalıb? - Yox, şurupların olduqca sıxdır, cənab.
Ümid edirəm elədir.
Yeni işcilərlə şam yeməyi mənim üçün
qəbul mərasimi kimi bir şeydir.
Cons biabır olmuşdu.
Elə deyil, Cons?
Yoldaşım beş yeməyin kifayət edəcəyini düşünmüşdü.
Əylənmək üçün etdikləri gic bir şey də var idi!
Simli alətlər dördlüsü?
Bir də utanılacaq hippi davranışların.
Sadəcə vodalaska geyinmişdim.
Hə. İşsizlər arasında sənə uğurlar, Cons.
Uğurlarımı yaxşı insan tanımağıma borcluyam.
Gizli sirlərin yoxdur ki, Vijn?
Gizli sirrim yoxdur, cənab.
Bunu eşitdiyimə sevindim, çünki buradakı gələcəyin buna bağlıdır.
Mahnınız var?
Məsələn, toyunuzdan özəl bir şey?
Yox, özəl bir şeyimiz yoxdur.
Onda sənə bir neçə dənə disk verim.
Mahnını, dekorasiyanı və paltarları həll etdik.
Bəs cazibə taktikaları?
Onları bilirəm.
Əlbəttə, bilirsən.
Sadəcə maraqdan soruşuram, nə yazıblar?
Otağa girəndə səni tuta bilsin deyə ayağın ilişib tökəzləməliymişsən.
Çox romantik.
Başqa taktikalar da var?
Subay kişilərin ölüm faizinin evlilərdən iki qat çox olduğunu deyə bilərsən.
Bax, bu romantikdir.
Vijn evi.
- Vanda, sevgilim. - Vijn, həyatım.
Qulaq as, bu axşam...
Narahat olma, əzizim. Hər şey mənlikdir.
İndi rahatladım.
Etiraf edim ki, mən bir az narahatam.
Narahat? Niyə ki?
Bilirsən, sevgilim, hələ də bəzən dilim tutulur.
Vis, bu qədər vaxtdan sonra?
Bu səfər risk çoxdur, Vanda.
Bugün yaxşı keçməsə, sonumuz yaxındır.
Bu sadəcə bir gecədir. Çox böyütmə.
Məncə, bugün etməli olduğumuz ən əsas şey xanımın könlünü qazanmaqdır.
Məncə də etməli olduğumuz ənn önəmli şey ərin könlünü qazanmaqdır.
Möhtəşəm!
Eyni fikirdə olduğumuza sevindim.
Onda axşam görüşərik, həyatım.
Görüşərik.
Əriniz onun tostunu yandırmağınızdan bezib?
Yeni və təkmilləşdirilmiş Tostsdaş 2000-i yoxlayın.
Ağıllı ev xanımlarının gözdəsi.
Bu cihazın önünün parlaq olduğunu görəcəksiniz.
Özünüz dediniz.
Qolu uyğunlaşdırın və tostunuza dad qatın.
Üst və alt qızdırıcılar ətdən vişnəli pirojnaya qədər...
və ya pendirli açıq tosta qədər hər şeyi bişirə bilir.
Stark Sənayelərindən yepyeni Tostdaş 2000 ilə tanış olun!
Keçmişi unudun. Bu sizin gələcəyinizdir.
Biz gəldik!
Atmosferi sevdim!
Nə baş verir, Vijn? Qoruyucu atıb?
Bir saniyə, gedim evin xanımını gətirim.
Tap görüm, kimdir?
Vanda!
Vijn!
Bu nə deməkdir?
Əslində, bu...
Hə, əslində, bu...
Demək istəyirdim ki, bu...
Siz bunun nə demək olduğunu öyrənmək istəyirsiniz və bu...
Bu sokoviyalıların ənənəvi qarşılama mərasimidir!
- Tap görüm, kimdir? - Ev sahibidir?
Əlbəttə, odur.
- Tanış olduğumuza sevindim. - Hə!
Sizə həyat yoldaşımın avropalı olduğunu deməyi unutmuşam.
Nə qədər də ekzotik!
Bolşeviklərlə çörək kəsmərik.
Sus, Artur!
Mədəniyyətdən xəbərin yoxdur?
Bu paltara bir bax!
Bəli! Bu çox... Sokoviya sağayıdır.
No comments yet. Be the first to leave one.