نخستین 200 خط.
Tərcümə: themuratyusif Xoş izləmələr!
İndi isə keçən həftə Londonda baş vermiş
hücumla bağlı açıqlamalarla qarşınızdayıq.
Videonu anonim bir mənbə təmin edib.
Videoda Kentin Bek digər adı ilə Misterio
ölümündən dərhal öncə görünür.
Bu video sizin üçün xoşagəlməyən ola bilər.
Elementalı geri göndərdim,
amma bu körpüdən sağ çıxacağımı düşünmürəm.
Hörümçək Adam mənə hücum etdi.
Stark texnologiyası ilə hazırlanmış dron ordusu var.
O, növbəti Dəmir Adamın özünün olacağını deyir. Başqa heç kim.
Dron hücumunu başlatmaq istədiyinizə əminsiniz?
Ciddi itkilər olacaq.
Et. Dediklərimin hamısını et.
Bu şok edici video bugün mübahisəli xəbər saytı
Budur, millət. Hörümçək Adamın
planetimizi qorumaq üçün
həyatını fəda edən və şübhəsiz ki,
bütün zamanların ən böyük
super-qəhrəmanı kimi tarixə düşəcək
kainatlararası döyüşçü Misterionun
vəhşicəsinə öldürülməsindən
məsul olduğuna dair qəti sübut.
Amma hələ bu hamısı deyil, əziz tamaşaçılar.
Əsl bomba indi gəlir.
Möhkəm dayanın. Əyləşsəniz, yaxşı olar.
Hörümçək Adamın əsl... Hörümçək Adamın əsl adı...
Hörümçək Adamın əsl adı Piter Parkerdir.
Ay sənin...
Düz eşitdiniz, dostlar. Piter Parker.
17 yaşlı orta məktəbli bir cani...
- O qız onu tanıyır. - Sən Hörümçək Adamın sevgilisisən?
...əslində...
Sən Hörümçək Adamın sevgilisisən?
...utanmaz, qanunsuz, pis adam Hörümçək Adam.
Ey, bu odur.
- Xahiş edirəm, ona toxunmayın, cənab. - Sən balaca uşaqsan?
Sən Misterionu öldürmüsən?
- Sən də ona kömək etmisən? - Yox, etməmişəm...
Yaxşı, balaca. Aç, üzünü görək.
O məni vurdu. Hörümçək Adam məni vurdu!
- Gəl. - O məni vurdu.
Bütün bu zaman boyunca insanlar bu oğlana baxıb
onu qəhrəman adlandırırdılar.
Mən isə ona 1 nömrəli xalq düşməni deyirəm!
Sənə bunu bir daha etmək istəmədiyimi demişdim!
MJ, bağışla, amma əlllərin gözümün önündə olanda
görə bilmirəm...
Bağışla. Haraya gedirik?
- Bilmirəm. Sizin evə? - Yox! Yox!
Atam səni öldürər.
Nə? Demişdin ki, atanın məndən xoşu gəlib.
Hə, artıq gəlmir.
Dostum!
Dostum!
Dostum!
Dostum!
Bağışla. Yaxşısan?
Yox, heç yox. Ah...
Ey, Piter!
Getməliyik! Getməliyik! Tez ol!
- Yellənmək istəmədiyini demişdin. - Yellən.
Yaxşı. Metro ilə gedə bilərik.
Yox.
Ehtiyyatlı ol!
Bu daha da pis idi.
Oldu. Hər şey yaxşıdır.
- Sən yaxşısan? - Hə, hə, hə.
Gəl, gəl, gəl. Oldu. Üzr istəyirəm.
Yaxşı.
Bağışla.
Özümü axmaq kimi hiss edirəm. Sənin məyus olduğunu başa düşmədim.
Yox, bu çox əyləncəli idi, hə?
Ona görə buna "fikir dağıtmaq" deyirlər.
- Və biz də bunu etdik. - Gözəl idi.
Daha əyləncəli ola bilərdim.
- Əyləncəli ola bilərəm. - Yenə görüşərik.
Yəni nə vaxt?
Bunun nə olduğuna baxmalıyam.
- Yox, yox, yox. - Bu mənim vəzifəmdir.
- O, həmişə gəlib-gedir. - Piter?
Ola bilməz.
- Nə edəcəyimi bilmirəm. - Piter. Piter.
- Mən... - Mən heç nə görmədim.
Göründüyü kimi deyil.
- Yox, yox, Mey. - Qorunun...
Hey. Sən MJ olmalısan.
- Hə, tanış olduğuma şad oldum. - Mən də şad oldum.
Gözlə, sən ağlayırdın?
Biz ayrıldıq.
Ey, Hörümçək Adam!
Təşəkkürlər. Ayrıldığınızı bilmirdim.
Elə bilirdim onu sevirsən, Mey.
Bu barədə mətbəxdə danışa bilərik?
Məncə, mən getməliyəm.
İkinizin çox gözəl cütlük olduğunuzu düşünürdüm.
Əsas məsələ sərhədlərdir.
- Qoy qapıya baxım. - Gəl, buraya gedək.
- Qapıda kimsə var? - Hey. Bu düzdür?
- Gedəcəkdim, amma... - İndi yox.
Seks məsələsində bu qədər qəribə olduğunu bilmirdim, Piter.
Ortada seks filan yoxdur.
Bir daha üzərindən keçsək. Yəni... O səs nədir?
- Ey, Hörümçək Adam! - Aman Tanrım.
Əgər istəsəniz, eyni şeylərdən danışmaqdan şad olardım.
Sən öz tərəfinin qeydinə qal, mən öz tərəfimin.
Telefonuma nə olub belə?
Beş dəqiqəlik telefonlarınızı kənara qoysanız olar?
Sadəcə sizinlə münasibətiniz barədə danışmaq istəyirəm.
Piter?
Nə?
- Bu...? - Bu buradır?
Şey...
- Ey, Piter Parker! - Ey, Piter!
Bəlkə də o qədər də böyük məsələ deyil.
Hörümçək təhlükəsi!
Dünyanın dörd bir yanından
hökümətlər Hörümçək Adam olaraq bilinən
digər adı ilə Piter Parker,
başqa sözlə, tor başlı döyüş canisi və
iilərdir Nyu-Yorkun düzgün vətəndaşlarını
qorxudan oğlanla bağlı araşdırma başadıb.
İndi bu şəhər və dünya
onun, əslində, kim olduğunu görür.
Qatil! Yaşasın Misterio!
Keçən həftə Londonda baş verən
sarsıcı hadisə ilə bağlı yeni detallar ortaya çıxıb.
Əlavə məlumatlar almaq üçün indi Birgə Kəşfiyyat Qərargahına bağlanırıq.
Hökümət az öncə təsdiqlədi ki,
Londondakı hücumda istifadə edilən dronlar
Stark Sənayeləri tərəfindən hazırlanıb.
Federal agentlər! Qapını açın!
Federal agentlər? Sən burada qal.
Zərərlərə Nəzarət Şöbəsi.
Piter Parkerin həbs olunması ilə bağlı əmr almışıq.
- Dördüncü düzəlişi bilirsiniz? - Əlbəttə.
Əsassız axtarış və nəzarətə götürülmə?
İçəri giririk, uşaqlar. Gəlin.
Kuentin Beki mən öldürməmişəm. Dronlar edib, yaxşı?
- Sənin olan dronlar. - Yox.
Baxın, bütün bunlar baş verərkən Nik Fyuri də orada idi.
Ondan soruşun. O sizə izah edər.
Nik Fyuri bir ildir ki, planetdə deyil.
- Nə? - Piter! Hey.
MJ! Onların bununla bir əlaqəsi yoxdur, cənab.
Vəkil gəlməmiş heç nə demə!
Vəkil istəyirəm.
- Xanım Cons-Vatson. - Cons. Vatsondan istifadə etmirəm.
Xanım Cons niyə vəkil istəyirsiniz əgər...?
Gizlədəcəyim heç nə yoxdursa?
Eynən. Amma əgər...
- Əslində günahkaramsa? - Mm-hm.
Mən sizin taktikalarınızı da, öz hüquqlarımı da çox yaxşı bilirəm.
Sadəcə suallarıma cavab verin.
Sizin faylınızı gördüm.
Siz ağıllı cavan qızsınız.
Qarşınızda parlaq bir gələcək var.
Niyə Piter Parker kimi
bir qanunsuzla birlikdə olaraq bunu riskə atırsınız?
Gözlətdiyimə görə üzr istəyirəm.
- Nedə bir az yemək gətirə bilərik? - Əlbəttə.
- Bayaqdan gözləyir. - İndi gətirirəm.
Dostum, üzrlü say.
Sizə heç nə deməməliyəm.
Yox, heç nə. Sadəcə bircə sualım var.
MJ sizə Piter Parkerin Hörümçək Adam olduğunu deyəndə...
- Ah. - Nə var?
Mən-mən MJ-dən çox daha əvvəldən bilirdim.
Hörümçək Adamın "masa arxasındakı adamı" idim.
Hə, elə adamlar tanıyıram.
Mənim adamlarımın yarısı "masa arxası" işçilərdir.
Eynən. Siz başa düşməlisiniz.
Mən ona Quzğunu tapmaqda kömək etdim.
- Bunu bilmirdim. - Bir dəfə ona kostyumu hekləyib
kosmosa getməyinə kömək etmişəm.
Yəni Hörümçək Adamın qanunsuz işlərində
siz onun əsas əməkdaşı idiniz.
Bu sözlərimin ifadəmdən silinməsini istəyirəm.
Hörmətsizlik etmək istəmirəm, bütün səmimiyyətsizliyimlə deyirəm,
əlinizdə spesifik ittihamlar olmadığı müddətcə
qanuni olaraq bizi burada saxlaya bilməzsiniz.
- Sizin mütləq vəkilə ehtiyacınız olacaq. - Bağışlayın?
Uşağı qəsdən təhlükəyə atmaq elə-belə şey deyil.
Oğlan sizə etibar edilmişdi
və siz onun qanuni qəyyumu, mahiyyətcə anası olaraq
onun özünü təhlükəyə atmasına sadəcə icazə verməmisiniz,
sözün əsl mənasında onu cəsarətləndirmisiniz.
Bunu kim edər?
Piteri görmək istəyirəm, dərhal!
Stark Sənayeləri federal agentlərin
bugün itkin Stark texnologiyası ilə bağlı
açdığı araşdırmada Hörümçək Adam - Misterio
məsələsinin toruna düşüb.
Agentlər dəqiq olaraq nəyin götürüldüyünü bilmək istəyirlər...
Ən azından yaxşı şəklimi qoyublar.
Nə baş verir?
Əla. Çox sağolun.
Deməli, yaxşı xəbərim var, Piter.
Sənə qarşı irəli sürülən ittihamların
No comments yet. Be the first to leave one.