لومړۍ 200 کرښې.
Öncəki bölümlərdə
Ammitin tanıyırsan?
Misir tanrısı, hə? Dünyanın ilk xoxanı.
Ammitin ədaləti bütün həyatımızı dəyərləndirir.
Buna görə onu diriltməliyik.
O, dünyanın sağalmasına aparan yolu aydınladacaq.
Bunu özünə sən etdin, Konşu.
İndi o buraya məhbusdur.
Böyüklərdən biri olmalıdır.
Biz qalib gəldik.
Stiven.
- Stiveni tanıyırsan? - Əlbəttə Stiveni tanıyıram.
Əgər sakit olaraq...
- Mark? Mark! - Stiven!
Buradan çıxmalıyıq!
Salam.
Tərcümə: themuratyusif Xoş izləmələr!
Kömək edin!
Hamısı sənin günahındır!
Sakitləş. Mark? Mark.
Mən səni vurmamışam.
Zehnin zorakı şəkildə gerçəklik və xəyallar arasında gedib gəlir.
Təsəvvür etməyə çalış. Beynin riyazi rəqqas kimidir,
İllinois, Çikaqoda Putnam Tibb Mərkəzində
mənim xəstəm olduğun ağır gerçəklik ilə
öz yaratdığın fantaziyalar arasında gedib gəlir.
Guya sən bir növ super-qəhrəmansan. Yaxşı?
İçinə baxmamaq üçün əlindən gələn mümkün hər şeyi edirdin.
Sən, həqiqətən, həkim deyilsən.
Buna görə xəstəxanamızda xəyali döyüşlər edirsən?
Yox, sən həkim deyilsən.
Bax. Mən həqiqi hiss edirəm. Özümü əsl həkim kimi hiss edirəm.
Sən həkim deyilsən.
Yaxşı, onda...
Mən həqiqi həkim deyiləm. Yaxşı, belə olsun.
Bu mənimlə bağlı deyil.
Səninlə başlayaq. Sənin yolunu yoxlayaq. Addımlarını təqib edək.
De mənə. De görüm, bugün bura necə gəlmisən?
Sən bura necə gəlmisən?
Avtobusla.
Həmişə etdiyim kimi.
Bu suala necə cavab verdiyini deyim sənə?!
Mənə dedin ki, bu ofisin çox qorxunc bir replikasında imişsən,
sadəcə o Misirdə imiş, hə? Bir gə kərgədan var imiş
- və... - Begemot.
Haqlısan, hə.. Düz deyirsən, begemot var imiş,
amma o danışırmış.
İndi nə düşünürsən? Səncə bu məntiqlidir
yoxsa dəlilikdir?
Dəlilikdir?
Bu çox cəsarətli addım idi.
Səni təbrik edirəm.
Əzab çəkən zehinlər adətən özlərini ən travmatik xatirələrimizin
müxtəlif aspektlərindən qorumaq üçün məkanlar uydururlar.
Buna təşkil prinsipi deyirik.
Bəzi insanlar qəsr görür.
Bəziləri labirint görür, ya da kitabxana.
Ya da... dəlixana?
Hə. O da ola bilər. Dəlixana da ola bilər. Hə.
Mənim üçün ən maraqlı olan bu yeni... Yeni heyvan personajdır.
- Begemot? - Mənim üçün çox maraqlıdır.
Bu begemot səninlə Stiven arasındakı divarları dağıda bilər,
nəhayət, bir-birinizi başa düşə bilərsiniz.
Nəyi başa düşərik?
Əsəbləşməmişdən əvvəl mənə bir oğlandan danışırdın.
- O oğlanı xatırlayırsan? - Mmm-hmm.
Mənə o oğlandan danışa bilərsən?
Təşəkkür edirəm. Özümü əla hiss edirəm.
Hə.
Sənə bu yerdə yaxşı pul ödəməlidirlər.
- Bilirsən necədir? - Həqiqətən yaxşısan.
Özümü həmişəkidən daha yaxşı hiss edirəm.
İndi də çıxıb gedəcəyəm. Çox sağolun. Doktor! Yox, sən...
O bədheybəti sərbəst buraxacaqsan... O hər şeyi məhv edəcək!
- O hər şeyi məhv edəcək! - Onunla nəzakətli davranın!
Qulaq as, mən sənin düşmənin deyiləm!
Yox! Yox!
Begemot! Begemot!
Dostum!
Bu dərmanlar ciddən əladır.
O həmişə belə gərgindir?
O kimdir? Hə, həmişə.
Siz ikiniz əkizsiniz?
- Yox. - Hə, onun kimi bir şey.
Yaxşı, əla.
Bütün məsələ gün kimi açıq-aydın oldu.
Elə biz də.
Bir saniyə öncə ölümünə vurulduğumu zənn edirdim.
Aman! Bir az fasilə versəniz yaxşı olar,
çünki deyəsən indi beyinlərinizi yandıracağam.
Təəssüf ki, siz ikiniz də olduqca ölüsünüz.
Üzr istəyirəm, nə?
Axı...
Ölmüşəm? Ölmüşük?
Hə.
Hə, Mark. Məncə, o haqlıdır.
Deyəsən, ölmüşük.
Əslində... Mənim... Bir saniyə gözləyin.
Buradan axırıncı səfər bir ruhun keçməyinin üstündən çox vaxt ötüb.
Bir az fikrim yayınıb... Bağışlayın.
A-ha! Deməli belə.
Xoş gəlmisən, zərif səyyah... Səyyahlar,
Duatın diyarına.
Duat? Misir yeraltı dünyası.
Bu Tavaretdir,
- qadınların və uşaqların ilahəsi... - Aha.
...o biri dünyadakı səyahətimizdə bizə rəhbərlik edəcək.
- Vau. - Yaxşı.
Deməli, bura o biri dünyadır?
- Əzəmətli o biri dünya? - Onlardan yalnız biri.
Neçə dənə kəsişən bir-biri ilə əlaqəsi olmayan
- zehin səviyyəsi var bilsən, məəttəl qalarsan. - Hə.
Məsələn əcdadlar səviyyəsi. Oh! İnanılmazdır. Nəysə.
Əgər gözləməyə razısınızsa,
bunların hamısı üçün bir kartım var... Bağışlayın.
Gözləyin... Bir saniyə.
Deməli...
Duatın əsl təbiəti insan zehni tərəfindən qavranıla
- bilmədiyi üçün... - Hə.
...bu aləmi sizin yaxından tanıdığınız bir yer olaraq
görə bilərsiniz.
- Aha. - Dəlixana mənim üçün də ilkdir,
amma olsun, biz işimizdə olaq, düzdür?
Niyə bu aləmi dəlixana olaraq təsəvvür edək ki?
Çünki biz dəliyik.
Biz dəliyik.
Danışan begemot,
danışan ölü quş, sən bədənimdən kənardasan.
İndi də o biri dünyadayıq?
- Bu gerçəklikdir... - Axı Mark, Mark.
Xəstəxana. Bu xəyaldır.
- Bağışlayın, o... - Dostum. Dr. Harrou haqlı idi.
Dr. Harrou?
Bu təşkil prinsipidir.
- O indi də həkimdir? - Sənə sübut edəcəyəm.
Bu qapılardan keçsək, məsələn
elə bundan, biz xəstələri görəcəyik
və böyük ehtimal Krovli də "binqo" deyə çığıracaq.
Aman Tanrım!
Aman Tanrım!
Bu nədir?
Bura o biri dünyadır.
Mən dəli deyiləm.
Ölüyəm.
- Hara gedirik dedin? - Aaruya üzürük.
Qamış tarlalarına, düzdür, Tavaret?
Deməli, ağıllı olan sənsən.
Əgər qəlbləriniz həyatınızda tarazlanıbsa, onda əbədiyyəti cənnətdə keçirəcəksiniz.
Qamış tarlalarında.
Amma ona qədər, tez bir şey etməliyəm...
Yavaş! Yavaş, yavaş, yavaş ol!
Əla! İşə yaradı! Buna bir bax!
Bir an qorxdum ki, sinənizi partladacağam.
Bağışla, nə?
O nə edir?
Qəlblərimizi Ədalətin Tərəzisində Düzgünlüyün Lələyi qarşısında çəkir.
Qədim Misirlilər inanırdılar ki,
qəlbimiz bizim yaşamımızda kim olduğumuzu göstərir.
Səyahətin sonuna qədər tərəzi tarazlanırsa,
ruh Qamış Tarlalarına keçmək haqqı qazanır.
- Bəs tarazlanmasa? - Gəmidən atılırsınız. Vu!
Ölülər sizi Duatın içinə çəkəcək və
əbədi olaraq orada qumların arasında donaraq qalacaqsınız.
Gəmimdə tarazlanmamış ruhlara yer yoxdur. Qaydalar belədir.
Ümid edirəm, sizin üçün işlər yaxşı gedər, uşaqlar.
Begemotun nə dediyi vecimə deyil. Ora düşə bilmərik.
Qamış Tarlalarına da getmirik.
- Yaxşı. Nə təklif edirsən? - Gəl belə edək,
begemotu öldürüb, gəmini oğurlayaq.
Öldürmək?
Uşaqlar?
Nə? O niyə elə edir? Niyə elə hərəkət edir?
Bilmirəm. Bunun üçün kartım yoxdur.
Səbəbi ürəklərdir.
Onlar dolu deyillər.
Mənə etibar edə bilərsiniz, həmişə stəkanın dolu tərəfini görən bir xanımam...
Sanki ikisi də boşdur.
Bu nə deməkdir?
Tərəzinis tarazlanmasa, Duat ruhlarınızı alacaq.
Nəsə təklifiniz var?
Bu gəmi bütün həyatınızın xatirələrini ehtiva edir.
Sizin nə gizlətdiyinizi bilmirəm, amma məncə,
oraya gedin və bir-birinizə həqiqəti göstərin.
Qamış Tarlalarına çatmamış tərəzini tarazlayın.
Yoxsa ruhlarınız məhv ediləcək.
- Hə, yaxşı. - İndi nə edirik?
Əmin deyiləm. Səncə, Leyla yaxşıdır?
Hələlik, hə.
Əgər onu tanıyıramsa, indi Harrounu dayandırmaq üçün intihar tapşırığına çıxıb.
Yəni tələssək yaxşı olar, hə?
Bilirsən, Leyla nəyə razı olardı?
- Etmə. Onu demə. - Deyirəm ki,
sadəcə biz və o begemot var,
bu gəmini sürmək də o qədər çətin ola bilməz. Yəni...
- Biz onu lap həqiqətən... - Nə etməliyik? İlahə Tavareti öldürməliyik?
Yox, sən sadəcə mənə bir ip tap və...
Hə. Ya da onun dediklərini edib
gizlətdiyimizin nə olduğunu tapmaqda bir-birimizə kömək edə bilərik.
Stiven, səni bilmirəm, amma mənim xatirələrim çox pisdir.
Hə, mənim də.
No comments yet. Be the first to leave one.